<b>Bakı-Quba yolunda maşın piyadanı vurub öldürdü</b>
01 fevral 2018 06:36 (UTC +04:00)

Bakı-Quba yolunda maşın piyadanı vurub öldürdü

0

Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

 

Lent.az-ın xəbərinə görə, hadisə Bakı-Quba yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

 

"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

 

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar