Fövqəladə Hallar Nazirliyi Xətaidə çoxmərtəbəli binada baş verən yanöınla bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Xətai rayonunda 20 mərtəbəli yaşayış binasının (1-3-cü mərtəbələri qeyri-yaşayış sahəsidir) şaxtasında 60 p.m elektrik kabelləri, zirzəmisində 52 ədəd elektrik sayğacı və çardağının yanar konstruksiyaları 5 m2 sahədə yanıb.
13-cü mərtəbədə dəhlizin lambirdən ibarət tavanı 15 m2 sahədə yüksək temperaturdan əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini xilas edilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Mənzillər yanğından mühafizə olunub.
***
22:15
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.
30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
***
Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.