Bakının çoxmərtəbəli binada yanğın söndürülüb.
APA-nın bundan əvvəl verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) bir müddət əvvəl söndürülən yanğın axşam saatlarında yenidən alovlanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirib.
***** 21.05
Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.
Əlavə məlumat veriləcək.