Biləsuvar rayonunda yaşayış evi yanıb. Lent.az Fövqəladə hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayon sakininə məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.