[b]Binada yanğın: ata və 6 övladı xəsarət aldı[/b]
25 aprel 2018 02:58 (UTC +04:00)

[b]Binada yanğın: ata və 6 övladı xəsarət aldı[/b]

0

Gəncədə məcbur köçkünlərin məskunlaşdığı binada yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Totanlı küçəsində, vaxtı ilə Alüminium zavodunun sanatoriyası olan, hazırda isə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Binada yaşayan məcburi köçkün 1975-ci il təvəllüdlü Aliməmmədov Malik Hidayət oğlunun mənzilində ev əşyaları yanaraq sıradan çıxıb. M. Alıməmmədov və onun 6 azyaşlı övladı yanğın zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Yanğının baş vermə səbəbləri araşdırılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar