[b]Binada yanğın: uşaq tüstüdən zəhərləndi, təxliyə olunanlar var[/b]
17 yanvar 2018 01:27 (UTC +04:00)

[b]Binada yanğın: uşaq tüstüdən zəhərləndi, təxliyə olunanlar var[/b]

0

Bakıda yanğın hadisəsi baş verib.  Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar