[b]Lənkəranda evdə partlayış: ağır yaralı var [/b]
19 aprel 2018 23:41 (UTC +04:00)

[b]Lənkəranda evdə partlayış: ağır yaralı var [/b]

0

Lənkəranda yaşayış evində partlayış olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub. Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.

 

S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2-ci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar