[b]Şəmkirdə kütləvi dava: bıçaqlananlar var[/b]
16 avqust 2017 06:22 (UTC +04:00)

[b]Şəmkirdə kütləvi dava: bıçaqlananlar var[/b]

0

Şəmkirdə kütləvi dava olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunda fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb. Bir neçə nəfərin iştirakı ilə baş verən davada iki nəfər rayon sakini, 1986-cı il təvəllüdlü Toğrul Vəliyev və 1980-ci il təvəllüdlü İntiqam Rəhimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı hüquq mühafizə-orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar