![[b]Sumqayıtda 6 ədəd top mərmisi aşkarlandı[/b]](https://www.lent.az/storage/news/2019/april/11/big/944f9fb633fc4eea3aad7299e79042a0.jpg)
[b]Sumqayıtda 6 ədəd top mərmisi aşkarlandı[/b]
Aprelin 11-də tarixində saat 15:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar yazılar

Kəlbəcər sakini meşədə itdi -YENİLƏNİB
5 may 2025 , 13:27
Qonşudakı gənc qızı öldürüb intihar etdi
5 may 2025 , 13:15
Xırdalanda arvadını döyən kişi özünü binadan atmaq istədi - VİDEO
5 may 2025 , 12:53
Polisdən Bakı və Sumqayıtda ƏMƏLİYYAT: Altı kilo narkotik aşkarlandı
5 may 2025 , 12:30
Bakıda maşın "AZZA"ya girdi -VİDEO
5 may 2025 , 12:27
Bakıda 88 yaşlı qadının meyiti tapıldı
5 may 2025 , 12:11
Xaçmazda DƏHŞƏT: özünü qatarın altına atdı - YENİLƏNİB
5 may 2025 , 10:22