<b>Yunanıstanda yenə zəlzələ oldu </b>
23 iyul 2017 00:24 (UTC +04:00)

Yunanıstanda yenə zəlzələ oldu

0

Bir neçə gün əvvəl güclü zəlzələ yaşanmış Yunanıstanın Kos adası sahillərində daha iki güclü yeraltı təkan baş verib.  

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, 4,4 bal gücündə zəlzələ  iyulun 22-də axşam saatlarında Kos adasından 20 km şimal şərqdə, 10 km dərinlikdə qeyd alınıb.   

 

On altı dəqiqə sonra adanın yaxınlığında 4,6 bal gücündə afterşok qeydə alınıb.   

 

Qeyd edək ki,  iyulun 20-dən 21-nə keçən gecə Egey dənizi sahillərində baş verən 6,7 ballıq zəlzələ nəticəsində 70-dək Türkiyə, 120-dən artıq Yunanıstan vətəndaşı xəsarət alıb, 2 nəfəri ölmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 491

Oxşar yazılar