"Elşad Abdullayev məni ölümlə təhdid edib”
25 dekabr 2012 22:07 (UTC +04:00)

"Elşad Abdullayev məni ölümlə təhdid edib”

0

“Bu video da Elşad Abdullayevin apardığı çirkin kampaniyanın bir parçasıdır”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Elşad Abdullayevin yeni yaydığı videoda görüntülənən Rövşanə Əliyeva (Arzu Kazımovun köməkçisi) deyib.

Rövşanə Əliyeva bildirib ki, onun nə hansısa səlahiyyəti, nə arxasında duran adamı var: “Allahdan başqa heç kimim yoxdur. Elşad Abdullayev məni dəfələrlə silahla təhdid edib, öldürmək istəyib. Arzu Kazımov və Zahid Dünyamalıyevlə mənim heç bir əlaqəm yoxdur. Mən nə Gülər Əhmədovayam, nə də Sevinc Babayeva. Məni heç kimlə səhv salmasın”.

R. Əliyeva qeyd edib ki, o Elşad Abdullayevlə heç bir pul bazarlığı etməyib: “Mən Azərbaycanın müstəqilliyi uğrunda tələbələrlə mitinqlər təşkil edəndə Elşad Abdullayev kənddə mal peyini satırdı. Mən ona dedim ki, əl çək bu çirkin oyunlarından”.

R. Əliyeva onu da əlavə edib ki, Elşad Abdullayev qızını Zaurla nişanlamaq istəyirdi: “Zaurun da müxtəlif vasitələrlə nişanını qaytartdırdı. Elşad Abdullayev demokrat deyil. Mənim Avropanın istənilən qurumunda müraciətlərim var, mən millətçiyəm. O, yaydığı videolarda öz danışığını kəsir, qarşı tərəfi yayımlayır. Ona görə də söhbət tam anlaşılmır”.

Videoda adıçəkilən Mahir Abdullayevlə bağlı hissəyə də aydınlıq gətirən R. Əliyeva qeyd edib ki, E. Abdullayev yaydığı videolarda qardaşının itkin düşməsi ilə bağlı hamını ittiham edir: “Allah bu psixdən hamını hifz etsin. Mən dövlətdən təhlükəsizliyimlə bağlı təminat istəyirəm. Eyni zamanda hüququm pozulub, hüquqlarımın bərpa olunmasını da tələb edirəm. O qardaşını belə axtarmasın. Hansı qapıda toyuq itirib, getsin xoruzunu orada da axtarsın”.

Qeyd edək ki, Elşad Abdullayev yaydığı növbəti videosunda Rövşanə ilə görüşündəki söhbət əks olunub.

Elşad Abdullayev əvvəlki müraciətlərində bu qadının adını hallandırıb. O bildirib ki, onu Arzu Kazımovla məhz bu qadın tanış edib. Rövşanə sabiq rektoru əmin edib ki, qardaşı Mahir Abdullayevin tapılmasında Arzu Kazımov ona yardımçı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2518

Oxşar yazılar