
"KamAZ"ın vurduğu piyada xəstəxanada öldü
Dünən respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 ağır yol qəzası baş verib.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla həmin qəzaları təqdim edir.
Günün ilk ölümlə nəticələnən qəzası saat 17 radələrində İmişli rayonu, Bəcirəvan kəndi ərazisində qeydə alınıb. Rayon sakinləri İ.Cahangirovun idarə etdiyi “Belarus-82” markalı traktorla Samir Səmədovun idarə etdiyi “İJ-Planeta” markalı motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən S.Səmədov orada ölüb.
Digər qəza piyadanın ölümü ilə nəticələnib. Saat 22 radələrində Beyləqan rayonu, Qaralar kəndi ərazisində rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı maşınla yolu keçən Qaralar kənd sakini Namiq Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Oxşar yazılar

Xaçmazda FACİƏ: maşın ustasını "tok" vurub öldürdü
15 avqust 2025 , 19:41
Şərurlu İsfəndiyarın milyonluq maşınlarına HƏBS QOYULDU
15 avqust 2025 , 17:58
Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14
Rusiya azərbaycanlı hərbçini əsir götürdü
15 avqust 2025 , 13:48