"Lexus"un vurduğu piyada ölüb
18 noyabr 2017 15:00 (UTC +04:00)

"Lexus"un vurduğu piyada ölüb

0

Bakının Xətai rayonunda ağır yol qəzası olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə noyabrın 17-də saat 22 radələrində rayonun Telnov küçəsində baş verib. Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub və nəticədə M.Daşdəmirov hadisə yerində ölüb.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar