"Shacman"  "KamAZ"la toqquşdu, sürücü xəstəxanalıq oldu
02 fevral 2018 05:23 (UTC +04:00)

"Shacman" "KamAZ"la toqquşdu, sürücü xəstəxanalıq oldu

0

Paytaxtda iki yük maşını toqquşub, xəsarət alan var

 

Bakının Nərimanov rayonunda ağır yol qəzası olub. APA-nın verdiyi xəbərə görə, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.

 

1973-cü il təvəllüdlü Abbasov Tərlan Əldilşad oğlu idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə keçmiş Karl Marks dairəsi istiqamətində hərəkətdə olan zaman avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı digər yük maşınına çırpılıb. Məlumata görə, hadisəyə səbəb "KamAZ"ın sürücüsünün qəfildən əyləcdən istifadə etməsi olub.

 

Avtoqəza nəticəsində sürücü T.Abbasov xəsarət alaraq, 1 saylı Xəstəxanaya çatdırılıb. Onun ayağının sındığı məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar