ABŞ-ı qorxu içində saxlayan peşəkar qatil tutuldu - <span style="color:red;">Polis olub
26 aprel 2018 10:32 (UTC +04:00)

ABŞ-ı qorxu içində saxlayan peşəkar qatil tutuldu - Polis olub

0

ABŞ Kaliforniya ştatında keçmiş polis zabiti olan 72 yaşlı Jozef Ceyms Deangelo adlı şəxs çoxsaylı qətllərdə şübhəli bilinərək həbs edilib. Lent.az BBC-yə istinadən xəbər verir ki, ştatın Sakramento şəhərində tutulan veteran polisin 1976-1986-cı illər ərzində 12 nəfəri öldürdüyü, 51 nəfəri zorladığı, 120 evi isə taladığı üzə çıxıb.

 

Uzun illər ABŞ mediasının "Golden State qatili" ləqəbi verdiyi naməlum cinayətkarın məhz həmin illərdə polis orqanlarında işləmiş şəxs olduğu məlum olub.

 

Bildirilir ki, Deangelo 1979-cu ildə oğurluq əməlinə görə polis sistemindən xaric edilib. Onun zorladığı 50 qadının ən kiçiyinin 12, ən yaşlısının isə 41 yaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar