Neftçala və Abşeron rayon sakininlərindən qanunsuz silah aşkarlanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Şorkənd kənd sakini Əlizamin Kərimovdan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.
Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Elçin İbrahimovdan “Naqan” tipli tapança götürülüb.