Ağdamda Bayraq Meydanında yanğın olub
07 iyun 2018 23:13 (UTC +04:00)

Ağdamda Bayraq Meydanında yanğın olub

0

Ağdamda Bayraq Meydanında yanğın baş verib. APA-nın Qarabağ muxbirinin xəbərinə görə, yanğın rayonun İmamqulubəyli kəndində Soltanbut təpəciyinin üzərində yerləşən Bayraq meydanının işıqlanma sistemində baş verən qısa qapanmadan baş verib.Yanğına ilkin olaraq ərazidə xidmət aparan Ağdam RPŞ-nin əməkdaşları müdaxilə edərək alovun genişlənməsinin qarşısını alıblar. Daha sonra hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını cəlb olunub. Alov qısa müddətdə söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar