Türkiyədə aktyor bıçaqlanıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, dünən gecə narkotik maddə qəbul etmiş bir qrup gənc “Tozlu Yollar” teleserialında baş rolda oynayan Pamir Pekinin qarşısını kəsib.
Bu vaxt onlar arasında mübahisə başlayıb və nəticədə aktyor qarın nahiyəsindən bıçaqlanıb. Pamir Pekini bıçaqlayanlar qaçıb. Aktyor xəstəxanaya yerləşdirilib.