Bu gün Bakı Apelyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri – Fariz Namazlı və Əlibaba Rzayev iştirak etməyiblər. Bu səbəbdən təqsirləndirilən şəxslər məhkəmə iclasının təxirə salınmasını istəyiblər.
Hakimlər təqsirləndirilən şəxslərin istəyini nəzərə alıb və məhkəmə iclasını dekabrın 10-na kimi təxirə salıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.
Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb

Anar Məmmədlinin məhkəməsi təxirə salındı
Oxşar yazılar

Azərbaycanda sabiq məmura elektron qolbaq taxıldı
19 may 2025 , 10:21
Bakıda ŞOK: 9 ədəd qaşıq uddu
19 may 2025 , 10:10
Vətəndaşların bank kartlarından 15 min manatdan çox pul oğurlandı
19 may 2025 , 09:49
Bakıda maşınla moped elə toqquşdu ki... Sərnişin öldü
19 may 2025 , 09:46
Göyçayda maşın piyadanın üstündən keçdi -FOTOLENT -YENİLƏNİB
19 may 2025 , 09:18
Bakıda minik avtomobili ilə moped toqquşdu, bir nəfər öldü
19 may 2025 , 08:53
Kapitan ayaqyoluna getdi, köməkçi pilot da huşunu itirdi - 200 sərnişin pilotsuz uçdu
19 may 2025 , 07:08