APA TV yayıma başladı
29 may 2013 10:07 (UTC +04:00)

APA TV yayıma başladı

0
APA Holding” MMC-yə daxil olan APA TV bu gündən yayıma başlayıb.

 

APA-nın məlumatına görə, televiziyanın əsas məqsədi tamaşaçılara on-line xəbər xidməti göstərmək, maraqlı verilişlər, yeni layihələr, reportajlar, telearaşdırmalar və digər maraqlı proqramlar təqdim etməkdir.

 

Televiziya hər saatın tamamında 10 dəqiqəlik xəbər buraxılışı təqdim edəcək.

 

APA TV-də müxtəlif səpkili ictimai-siyasi, sosial mövzuları əks etdirən verilişlər də yayımlanacaq.

 

Kanal “Səhər-səhər”, “Manşet”, “Sosium”, “Panoram”, “Bizim şəbəkə”, “İlqar Rəsul və...”, “Müharibə adamı” və s. maraqlı verilişlərlə tamaşaçıların görüşünə gələcək.

 

Televiziya baş direktor və Yaradıcılıq Şurası tərəfindən idarə olunur.

 

APA TV-nın baş direktoru Eldəniz Vəliyevdir. 

 

Qeyd edək ki, televiziyanı www.apa.tv saytında izləmək olar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3818

Oxşar yazılar