
Aptekdən və topazdan külli miqdarda pul oğurlandı
Binəqədi rayonunda aptekdən oğurluq edilib.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisindəki apteklərin birindən 7000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Dadaşzadə saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Topaz” mərc oyunları məntəqələrinin birindən 6220 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əlizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Serbiya prezidentinin təyyarəsi Bakıya məcburi eniş etdi - YENİLƏNİB
7 may 2025 , 16:48
“Meydan TV” işi üzrə daha bir jurnalist həbs edildi - YENİLƏNİB
7 may 2025 , 16:37
Dövlətə xəyanətdə ittiham olunan şəxsə HÖKM OXUNDU
7 may 2025 , 16:08
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edildi
7 may 2025 , 16:01
Körpə binadan yıxılıb öldü
7 may 2025 , 15:36
Bakıda polis bu maklerləri SAXLADI - 150 minlik DƏLƏDUZLUQ
7 may 2025 , 15:08
Tənqidçi-yazar evində diri-diri YANDI
7 may 2025 , 14:54