“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və deputat Aqil Abbas yol qəzasına düşüb.
Rəşad Məcid APA-ya bildirib ki, hadisə bu gün Yasamal rayonu ərazisində baş verib.
Rəşad Məcidin sözlərinə görə, Müdafiə Nazirliyinə məxsus UAZ markalı avtomobil onun sürücüsünün idarə etdiyi 10 OK 148 dövlət nömrə nişanlı, “Nissan Altima” markalı avtomobili vurub.
“Biz hərəkətdə olarkən arxadan gələn hərbi maşın bizim avtomobili vurdu. Həmin vaxt avtomobildə sürücüm, mən və Aqil Abbas var idi. Xoşbəxtlikdən xəsarət alan olmayıb”, -deyə baş redaktor bildirib.