
Arvadının "iki sevgilisi"ndən birini öldürdü... - YENİ TƏFƏRRÜATLAR - YENİLƏNİB
Aqşin Quliyevin Binəqədidə ata ilə oğulu bıçaqlaması, Suraxanıda isə İlham Həşimovu öldürməsinin səbəbi məlum olub.
Lent.az-ın məlumatına görə, 15 gün dənizdə neftçi işləyən, 15 gün evdə olan Aqşin Quliyev həyat yoldaşı ilə əlaqələrindən şübhələndiyi üçün İlham Həşimovun evinə gedib. Evində bıçaqla sinə və qarın nahiyələrinə xəsarətlər yetirdikdən sonra boğazını kəsib. Bu cinayət əməlindən sonra, bəzi iddialara görə, o, Binəqədiyə arvadının ikinci sevgilisi olduğunu düşünərək Füzuli Şirinovu öldürməyə gedib. Aqşin Quliyev Füzuli Şirinovu tapıb və bıçaqlayıb. Ancaq o, sağ qalıb.
Qeyd edəkki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.
Prokurorluqdan oxu.az-a bildirilib ki, saxlanılan şəxsin ifadəsi qadının xəyanət etməsi faktını təsdiqləmir. Bəzi məlumatlara görə, həmin şəxsin psixoloji problemləri olub və bununla əlaqədar qadın uşaqlarını götürüb, evdən gedib. Vəziyyət o həddə çatıb ki, kişi uşaqlarını da bıçaqla hədələyib.
Faktla bağlı istintaq davam edir, iş materialları Bakı Şəhər Prokurorluğuna verilib.
***
16:12
Binəqədidəki bıçaqlanma hadisəsilə bağlı yeni təfərrüatlar məlum olub.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, saxlanılan şəxs Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan Aqşin Quliyev əvvəlcə evində tanışı olan şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirib. Sonra Binəqədi rayonunda yaşayan qohumu Füzuli Şirinovun evinə gələrək orada ona və oğluna bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən F.Şirinovun vəziyyəti ağırdır, Elçinə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Binəqədi rayon Polis İdarədi və 4-cü Polis Şöbəsi əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Aqşin Quliyev saxlanılıb.
***
APA -nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Z.Qəmbərov küçəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, 51 yaşlı Aqşin Quliyev aralarında yaranmış münaqişə zəminində xalası nəvəsi, həmyaşıdı Füzuli Şirinovu döş qəfəsindən bıçaqlayıb. Hadisə nəticəsində F.Şirinovun oğlu, 20 yaşlı Elçin Şirinov da bıçaq yarası alıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində A.Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar yazılar

Xaçmazda FACİƏ: maşın ustasını "tok" vurub öldürdü
15 avqust 2025 , 19:41
Şərurlu İsfəndiyarın milyonluq maşınlarına HƏBS QOYULDU
15 avqust 2025 , 17:58
Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14
Rusiya azərbaycanlı hərbçini əsir götürdü
15 avqust 2025 , 13:48