At arabası avtomobillə toqquşdu
29 iyul 2017 00:35 (UTC +04:00)

At arabası avtomobillə toqquşdu

0

Sabirabadda at arabası avtomobillə toqquşub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22.30 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. Həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Umudov İntiqam Hüseynağa oğlu at arabasını idarə edərkən minik avtomobilinin qarşısına çıxıb. Nəticədə arabaçı müxtəlif  bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar