Daşkəsən sakini ehtiyatsızlıq nəticəsində atdan yıxılaraq ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən rayon Əmirvar kənd sakini 1980-ci il təvəllüdlü Quliyev Bəhrəm Tağı oğlu at sürən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır bədən xəsarətləri alan B. Quliyev xəsətəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.