Avropa çempionu intihar edib
11 iyun 2013 22:02 (UTC +04:00)

Avropa çempionu intihar edib

Azərbaycanda son 3 gündə ikinci idmançı intiharı baş verib.Lent.az-ın Vesti.az-a istinadən məlumatına görə, bu dəfə Xırdalan şəhərində kikboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Aşurov özünü asıb.

 

Abşeron Rayon Polis Şöbəsindən bildirilib ki, intihar ötən gün “Quşçuluq” yaşayış massivində qeydə alınıb. Fərhad evin giriş qapısı üzərindəki qaz borusundan özünü asıb. Asılmış meyiti qonşuları görüb. Onlar idmançının qardaşına zəng edərək, dəhşətli xəbəri çatdırıblar.

 

Məlumata görə, Aşurov özü idmançı karyerasını məhv edib. Narkotik maddələrə aludəçiliyini bildikdən sonra onu federasiyadan uzaqlaşdırıblar. Bundan sonra o, həbsxanaya düşüb. Keçmiş idmançının sağlamlığı, o cümlədən, psixikası ilə bağlı problemləri yaranıb. Bu səbəbdən, Aşurov nevroloji dispanserdə uçota durub. Aşurov ayağından əməliyyata da hazırlaşırmış.

 

Aşurovlar ailəsi əvvəllər Bakının Yasamal rayonunda qalıb. Onlar bir müddət öncə Xırdalana köçüblər. Ailə darısqal şəraitdə qalıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, ötən şənbə günü Sumqayıtda sambo üzrə dünya çempionu, idman ustası Əhəd Rəcəbli də özünü asımışdı.

 

# 1602
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20