Avtomobil aşıb: bir nəfər ölüb, 3-ü zədələnib
23 aprel 2013 03:05 (UTC +04:00)

Avtomobil aşıb: bir nəfər ölüb, 3-ü zədələnib

0

Bakı-Şamaxı-Yevlax yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə hadisə aprelin 22-də gecə saat 23:30 radələrində yolun 162-ci kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. 10-MZ-838 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Ağsu rayon sakini 1990-cı il təvəllüdlü Şahməmmədov Rafael Tofiq oğlu dünyasını dəyişib, Saleh Şıxəliyev, Rafael İsmayılov və hələ ki, adı açıqlanmayan bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxslərdən birinin polis əməkdaşı olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 968

Oxşar yazılar