Avtomobil oğrusu sərhədi keçərkən yaxalandı
0
0
Daha bir avtomobil oğrusu sərhədi keçərkən yaxalandı.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a daxil olan məlumata əsasən , 31.08.2017-ci il tarixdə əvvəllər məhkum olunan Azərbaycan Respublikası vətəndaşı 19.06.1973-cü il təvəllüdlü Rzayev Ədalət Zakir oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
Aparılmış ilkin araşdırma nəticəsində Rzayev Ədalət Zakir oğlu barəsində DİN Gədəbəy rayon polis şöbəsi tərəfindən AR CM-nin 185.2 maddəsi ilə (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırma) cinayət işi başlanıldığı və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
0
0