Avtoqəzada yaralanan qadınlardan biri ölüb
23 aprel 2013 02:30 (UTC +04:00)

Avtoqəzada yaralanan qadınlardan biri ölüb

0

 

Ötən gün Zaqatalada avtomobillə vurulan üç qadından biri xəstəxanada ölüb. Zaqatala Mərkəzi rayon Xəstəxanasından(MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 21-i  Zaqatalada avtomobillə vurulan üç qadından biri, açıq kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən, 1964-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini  Ömərova Sevil Ömər qızı həkimlərin səyinə baxmayaraq aprelin 22-si axşam saat 21-00 radələrində xəstəxanada ölüb.

 

Qeyd edək ki, aprelin 21-i günorta saat 14-20 radələrində rayonun Aşağı Tala kəndi ərazisində, rayonun Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Nəzərov Abdulkərim Cuma oğlu atası Cuma Nəzərova məxsus “Opel-Vektra”  markalı, 50 BZ 629 dövlət nişan nömrəli avtomobili idarə edərkən, taksi maşınından düşərək yolu keçmək istəyən Aşağı Tala kənd sakinləri; 1994-cü il təvəllüdlü Mirzəyeva Ramilə Məhəmməd qızını, onun anası, 1964-cü il təvəllüdlü Mirzəyeva Gülgəz Zakir qızını və yaxın qohumları, 1964-cü il təvəllüdlü Ömərova Sevil Ömər qızını vurmuşdu. Xəstəxanadan bildirilib ki, Gülgəz Mirzəyevanın və qızı Ramilənin hazırda vəziyyəti orta-stabil hesab edilir, müalicələri xəstəxananın travmatologiya şöbəsində davam etdirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, istintaq aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1113

Oxşar yazılar