Azərbaycan Ordusunun giziri dünyasını dəyişib
13 iyun 2013 11:53 (UTC +04:00)

Azərbaycan Ordusunun giziri dünyasını dəyişib

Azərbaycan Ordusu daha bir hərbçisini itirib.  


 

APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1991-ci il təvəllüdlü Abdullayev Elşən Möhübbət oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya hərbçinin ölüm faktını təsdiqləyiblər.

 

# 1114
avatar

Oxşar yazılar