Azərbaycan vətəndaşının düz bağırsağında rekord həcmdə narkotik vasitə aşkarlanıb.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Seymur Ocaqovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə ümumi xalis çəkisi 192,312 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 23,82 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.