Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı bilindi
13 may 2013 15:05 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı bilindi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı sentyabrın ortalarında keçiriləcək.


 

Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, qurultay növbəti dəfə təxirə salınmayacaq: “Qurultayın sentyabrda keçiriləcəyi dəqiqdir. Yaxın vaxtlarda AYB üzvlərinə yeni vəsiqələr veriləcək. Qurultaya nümayəndələr də yeni vəsiqələr əsasında seçiləcək”.

 

Ə. Əsgəroğlu deyib ki, ölkə prezidentinin bir illik xüsusi təqaüdünü 2013-2014-cü illərdə alacaq namizədlərin siyahısı da artıq hazırdır. Bu il də təqaüd 50-si yaşlı, 20-si cavan olmaqla 70 nəfərə veriləcək.

 

Qeyd edək ki, prezidentin xüsusi təqaüdü 2007-ci ildən yaradıcılıq təşkilatlarında işləyən şəxslərin yaradıcılığını stimullaşdırmaq üçün verilir. Hər il AYB-nin yaşlı üzvlərindən 50-si bir il ərzində hər ay 300 manat, 20 gənc üzvü isə ayda 200 manat olmaqla prezidentin xüsusi təqaüdünə layiq görülür.

 

AYB-nin sonuncu qurultayı 2004-cü ilin mayında olub. Nizamnaməyə əsasən, qurultay 5 ildən bir keçirilməlidir.

# 661
avatar

Oxşar yazılar

Dünyada selfi çəkərkən  ölənlərin sayı   400-ə çatır

Dünyada selfi çəkərkən ölənlərin sayı 400-ə çatır

29 aprel 2024 , 11:11
Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

29 aprel 2024 , 10:48
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

29 aprel 2024 , 10:40
Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü  -FOTO -YENİLƏNİB

Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü -FOTO-YENİLƏNİB

29 aprel 2024 , 06:55
Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

29 aprel 2024 , 04:39
Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12