
Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alındı
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Lent.az-a bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.
Vətəndaşa məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Nəticədə çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı bəyan edilməyən 13 adda dərman preparatı və çantada olan ayaqqabının içərisindən dərmanlara aid təlimatlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28