
Azərbaycanda axtarışda olan 24 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Oxşar yazılar

Cəlilabadda ŞOK: yoldan çiyələk alan gənc oğlan qəfil öldü
16 avqust 2025 , 10:53
Bakıya xalasıgilə gələn qız itkin düşdü
16 avqust 2025 , 10:31
Zaqatalada müəmmalı ÖLÜM: kəndlinin meyiti tapıldı
16 avqust 2025 , 10:17
Bakıda evdə PARTLAYIŞ: yaralanan var
16 avqust 2025 , 09:38
Gəncədə şagirdin meyiti tapıldı
16 avqust 2025 , 09:29
Goranboyda yanğın törədən kəndli saxlanıldı
16 avqust 2025 , 09:23
Tovuzda zəlzələ oldu
16 avqust 2025 , 09:10