8 aprel
1912. Şollar-Bakı su kəmərinin inşaatçılarının 3 günlük tətili başa çatıb
1920. Rusiya Kommunist partiyası Mərkəzi Komitəsinin plenumu RKP MK-nın Qafqaz Bürosunun yaradılması haqqında qərar qəbul edib
1940. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin premyerası keçirilib. Bu tarix Azərbaycanda milli baletin başlanğıcı hesab edilir
1992. Ağdaban soyqırımı. Ermənilər Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verib. Hücum zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib
1993. Bakıda komendant saatı tətbiq edilib. Artıq ayın 3-də ölkədə fövqəladə vəziyyət elan edilmişdi
2009. “Təzadlar” qəzetinin baş redaktoru Yasamal rayon məhkəməsinin qərarı ilə həbs edilib. Prezident İlham Əliyev bu addımı kəskin tənqid edib. Ertəsi gün Bakı Apelyasiya məhkəməsi qərarı ləğv edərək jurnalisti azad edib.