Azərbaycanda bu gün
15 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

15 aprel 

 

1905. Azərbaycan burjuaziyası və ziyalıları nümayəndələrinin H.Z.Tağıyevin evində keçirilən müşavirəsində Qafqazda islahatların keçirilməsi üçün ali hökumət idarələrinə petisiya ilə müraciət etmək qərara alınıb

 

1914. Bakıda ilk yerli səhmdar kommersiya bankı - Bakı Tacir Bankı açılıb

 

1917. Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb

 

1919. Sovet hökuməti “İslah əmək düşərgələri baş İdarəsi”nin (QULAQ) yaradılması haqqında dekret qəbul edib

 

1920. ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün rus həmkarı Çiçerinin adına növbəti nota göndərib

 

1920. A.Qardaşovun “Əhrar” partiyası hökumət kabinetindən çıxarılıb

 

1921. Birinci Azərbaycan kooperativ qurultayı başlayıb. Qurultay 2 gün davam edib

 

1992. Azərbaycan Respublikası Fələstin  ilə diplomatik əlaqələr qurub

 

1993. Azərbaycan mətbuatında senzura tətbiq edilib

 

1993. Avropa Şurası Nazirlər Komitəsi “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair Bəyannamə” qəbul edib

 

2002. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında Müdafiə və Hərbi sahələrdə İkitərəfli Əməkdaşlıq üzrə Protokol imzalanıb..

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 669

Oxşar yazılar