18 aprel
1796. General V.Zubovun komandanlığı ilə rus qoşunlarının Azərbaycana yürüşü başlayıb
1881. Bakıda ordu hissələri 4 gün davam edən fəhlə etirazlarını yatırıb
1897. Aktrisa Şövkət Məmmədova Tiflisdə anadan olub
1907. Bakı fəhlələri cəza tədbirlərinə etiraz olaraq siyasi tətil keçiriblər. Tətildə 25 000 nəfər iştirak edib
1991. Şair Tofiq Bayram vəfat edib
2001. Daşkənddə Azərbaycan və Özbəkistan arasında 2001-2010-cu illər üzrə iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb
2012. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb
2012. Fransa Konstitusiya Komissiyası “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd edib...