Azərbaycanda bu gün
22 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

1894. Aktyor Ağahüseyn Cavadov anadan olub

 

1918. Cənubi Qafqaz Demokratik Federativ Respublikası elan edilib

 

1920. Bakıda XI Qızıl Ordu nümayəndələrinin iştirakı ilə RKP Qafqaz ölkə komitəsinin Bakı bürosunun müşavirəsində qərara alınıb: “Aprelin 27-də gündüz saat 12.00-da müsavat hökumətinə ultimatum verilsin və dərhal silahlı üsyana başlansın”

 

1920. Məhəmmədhəsən Hacınski yeni hökumət təşkil etməkdən imtina edib

 

1942. Görkəmli aktyor Həsən Əbluc Təbrizdə anadan olub

 

1946. Milli qəhrəman Allahverdi Bağırov anadan olub

 

1983. Məşhur kimyaçı akademik İzzət Orucova vəfat edib

 

1994. Azərbaycan Respublikası Əlcəzair  ilə diplomatik əlaqələr qurub

 

1996. Lüksemburqda Azərbaycan Respublikası ilə Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb

 

1997. Avropa Şurası Parlament Asambleyası “Zaqafqaziyada münaqişələrə dair” 1119 saylı qətnamə qəbul edib

 

1997. Azərbaycan Respublikası “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (1974), “Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (1972) və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”ya (1972) qoşulub

 

2009. İKT daxili işlər nazirlərinin Bakı toplantısında yekun bəyannamə qəbul edilib...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar