Azərbaycanda bu gün
30 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

30 aprel   

 

1630. Osmanlı ordusu İrəvan qalasını tutub

 

1848. Şamaxıda Müdəqqəs Nina məktəbi fəaliyyətə başlayıb

 

1920. Azərbaycan İnqilab Komitəsinin orqanı olan “Kommunist” qəzetinin ilk sayı çapdan çıxıb

 

1920. 11-ci Qızıl ordunun dəstəyi ilə Salyan və Şamaxıda sovet hakimiyyəti qurulub

 

1920. Bakıdan Rusiyaya neft göndərilməsinə başlanıb. 2 may tarixədək sovet Rusiyasına 1.3 milyon pud neft göndərilib (1 pud = 16 kq)

 

1920. Azərbaycan İnqilab Komitəsi Gürcüstan və Ermənistan hökumətlərinə nota göndərərək, onlardan qoşunlarını öz sərhədləri daxilinə çəkməyi tələb edib

 

1937. Bakıda Üzeyir Hacıbəyovun “Koroğlu” operasının premyerası keçirilib

 

1993. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnaməsini qəbul edib. Qətnamə hələ ki icra edilməyib

 

1996. Azərbaycan Respublikası Andorra ilə diplomatik əlaqələr  qurub

 

2009. Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətl. Terrorçu Fərda Qədirov 13 nəfəri öldürdükdən sonra ələ keçməmək üçün özünü vurub. Hadisədə çox sayda insan, o cümlədən əcnəbilər xəsarət alıb...

 

2010. Azərbaycanın xalq artisti Əminə Dilbazi 91 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 690

Oxşar yazılar