“Azərbaycanda orta məktəblərdə olimpiya dərslərinin keçirilməsi nəzərdə tutulub”. Bunu Lent.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Onun sözlərinə görə, bununla bağlı hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır: “Bildiyiniz kimi, təhsil naziri dəyişdiyi üçün bu məsələ bir qədər gecikdi. Amma hazırda müzakirələr aparılır”.
Vitse-prezident onu da bildirib ki, dərslərin bu ilin sentyabrından keçirilməsi nəzərdə tutulub.
“Olimpiya dərslərinin birinci və ya ikinci sinifdə keçirilməsini nəzərdə tutmuşuq. İstəyirik ki, olimpiya hərəkatı, Azərbaycanda olimpiyanın inkişafı ilə bağlı məsələlər şagirdlərə tədris olunsun” - deyə, Ç. Hüseynzadə əlavə edib.