Azərbaycanlı biznesmenin oğlu Rusiyada itkin düşüb
10 iyun 2013 14:10 (UTC +04:00)

Azərbaycanlı biznesmenin oğlu Rusiyada itkin düşüb

0

Azərbaycanın Ucar rayonunun sakini Rusiyada itkin düşüb.


 

APA-nın yerli bürosunun məlumatına görə, uzun müddətdir Rusiya Federasiyasının Kostroma şəhərində yaşayan Xalac kənd sakini Əhmədov Məhəmmədəli Məmmədsalah oğlunun 1 aydan çoxdur itkin düşdüyü bildirilir. 

 

Yaxınlarının verdiyi məlumata görə, M. Əhmədov valideynləri Azərbaycanda olarkən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri 1 aydan çoxdur ki, yoxa çıxan  M. Əhmədovun itkin düşməsi ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarına məlumat versələr də, bu günə kimi ondan heç bir xəbər çıxmayıb.

 

M. Əhmədovun atasının uzun illərdi ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3194

Oxşar yazılar