Bakı-Şamaxı yolunda qəza: bir ölü, iki yaralı
06 yanvar 2013 10:20 (UTC +04:00)

Bakı-Şamaxı yolunda qəza: bir ölü, iki yaralı

0

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnmiş yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin “112” telefon xəttinə daxil olmuş məlumatda bildirilib.

 

Məlumata görə, “VAZ” və “Mercedes” markalı iki minik maşının toqqouşması nəticəsində, “VAZ”ın sürücüsü, 1973-cü il  təvəllüdlü  Teyyub Bəkirov hadisə yerində ölüb.

 

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, “VAZ” markalı minik avtomobilində olan bir sərnişin və “Mercedes”in sürücüsü xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2202

Oxşar yazılar