Bakı bulvarında həyəcanlı anlar
07 may 2013 18:34 (UTC +04:00)

Bakı bulvarında həyəcanlı anlar

0

Bu gün Bakıda dəniz sahilində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda Dənizkənarı bulvarın ərazisində, 1990-cı il təvəllüdlü Nəzərli Ziya İltifat oğlu dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib. Dərhal hadisə yerinə cəlb olunmuş FHN Dövlət Sularında Xilasetmə Xidmətinin müvafiq dalğıc-xilasediciləri tərəfindən vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 17:23-də başa çatıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1742

Oxşar yazılar