Bakı yaxınlığında avtomobil yandı: yaralılar var
18 aprel 2013 12:52 (UTC +04:00)

Bakı yaxınlığında avtomobil yandı: yaralılar var

0

Aprelin 17-də saat 23.00 radələrində Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fatmayı kənd sakini Elnur Soltanov idarə etdiyi "Nissan" markalı avtomaşını yolun kənarındakı hasara vurub. Qəzadan sonra avtomaşında yanğın baş verib.

 

Nəticədə avtomaşının yanar konstruksiyaları yanıb. sürücü E.Soltanov və sərnişini - Fatmayı kənd sakini Şamil Əzimov isə xəsarət alıb.

 

Faktla əlaqədar araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1166

Oxşar yazılar