Bakıda 2 ev yandı
08 yanvar 2013 18:45 (UTC +04:00)

Bakıda 2 ev yandı

0

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus evə bitişik tikilmiş ümumi sahəsi 12 kv.m olan yardımçı tikilinin tavanı və ev əşyaları 5 kv.m sahədə yanıb. Bitişik ev yanğından mühafizə olunub.

Oxşar hadisə paytaxtın Xəzər rayonunda da qeydə alınıb. vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 780

Oxşar yazılar