Bakıda 3 nəfər avtomobili qaçırdı, sonra sökdü
15 aprel 2013 11:45 (UTC +04:00)

Bakıda 3 nəfər avtomobili qaçırdı, sonra sökdü

0

Aprelin 14-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisindən avtomobil qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Məğrur Qasımova məxsus «VAZ-2107» markalı avtomobil Zabrat qəsəbəsi Oktyabr küçəsindən qaçırılıb.

 

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil saat 16 radələrində Zabrat qəsəbəsi yeni yaşayış sahəsində sökülmüş vəziyyətdə tapılıb. Hadisəni törədən qəsəbə sakinləri - Səfər Dadaşov, Şəhriyar Heydərov və Elbəyi Abbasquliyev yaxalanıblar.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar