Bakıda 50 yaşlı kişi dənizdə boğulub
31 iyul 2017 17:57 (UTC +04:00)

Bakıda 50 yaşlı kişi dənizdə boğulub

0

 

Bakıda 50 yaşlı kişi dənizdə boğulub.

 

 

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1800 m aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1967-ci il təvəllüdlü Mübariz Əliyev Cavad oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar