Bakıda 58 yaşlı kişi bıçaqlandı
23 yanvar 2018 03:40 (UTC +04:00)

Bakıda 58 yaşlı kişi bıçaqlandı

0

Bakıda yaşlı kişi evdə naməlum şəraitdə bıçaqlanıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Səbail rayonu, Qardaşlar küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

 

1960-ci il təvəllüdlü Əzimov Əli Rəfael oğluna evdə naməlum şəraitdə iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar