Bakıda “Jeep-Compas” qaçırıldı
29 yanvar 2018 13:43 (UTC +04:00)

Bakıda “Jeep-Compas” qaçırıldı

0
Yanvarin 27-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.İsmayılova “Jeep-Compas” markalı avtomobilinin gecə saatlarında qaçırıldığını bildirib.
 
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Lent.az-a verilən məlumatda bildirilib.
 
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda qeyd olunan avtomobil N.Yusifbəyli küçəsində polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Araşdırmalarla həmin avtomaşını qaçırmaqda şübhəli bilinən şəxsin Daşkəsən rayon sakini Emil İsmayılov olduğu müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 427

Oxşar yazılar