Bakıda “Jeep”, Abşeronda "UAZ"  yandı
22 noyabr 2017 01:43 (UTC +04:00)

Bakıda “Jeep”, Abşeronda "UAZ" yandı

0

Bakı və Abşeronda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  paytaxtın Qaradağ rayonunda “Jeep” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğından ərazidəki elektrik dirəkləri mühafizə olunub.  

 

Abşeron rayonunda "UAZ" markalı yük avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar